Bu gün
“Report” bu barədə CEC-ə istinadən xəbər verir.
Xatırladaq ki, DGK tərəfdən birgə işçi qrupuna qurumun sədrinin müavini Cavad Qasımov rəhbərlik edir.
“Son bir neçə ildə bizim birgə işçi qrupumuz biznes nümayəndələrini narahat edən müxtəlif məsələlərin müzakirəsində çox fəal iştirak edib. Təklif edirəm bu toplantılar hər ay keçirilsin ki, biz də görülmüş işlərə yekun vura və operativ həlli tələb olunan məsələlərə dərhal reaksiya verə bilək”, - C.Qasımov söyləyib.
O, Prezident

“Bugünkü iclasda Caspian European Club nəqliyyat komitəsinin təmsilçiləri iştirak edirlər. Onlar öz fəaliyyətləri dövründə hər gün DGK-nın nümayəndələri ilə ünsiyyətdə olurlar. Biz sıx əməkdaşlığa və konstruktiv dialoqa görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəhbərliyinə təşəkkür edirik. Bundan sonra biz hər ay iqtisadiyyatın müxtəlif sektorlarının təmsilçilərinin fikir, problem və təkliflərini öyrənəcək, onları əhəmiyyətliliyinə və mürəkkəbliyinə uyğun olaraq sistemləşdirəcək və qruplaşdıracaq, birgə işçi qrupumuz çərçivəsində müzakirəyə çıxaracağıq”, - Telman Əliyev qeyd edib.
“Caspian European Club”un bütün dövlət qurumları ilə birgə işçi qrupu var. Onların fəaliyyəti birbaşa və ya dolayısı ilə biznes subyektləri ilə əlaqəlidir. İşçi qruplarının fəaliyyəti “Caspian European Club”un idarə heyətləri və şirkət top-menecerlərinin başçılıq etdikləri sahə və sahələrarası komitə rəhbərləri tərəfindən nizamlanır.
Sıralarında dünyanın 50 ölkəsinin 5 mindən artıq şirkət və təşkilatını birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda yaradılıb. “Caspian European Club”un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. “Caspian European Club”un Gürcüstanda və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya, Polşa, Çexiya və Latviyada səlahiyyətli nümayəndələri var.