Deputat şəhid ailələrinə və qazilərə aid evlərin çıxarış probleminə toxunub

Deputat şəhid ailələrinə və qazilərə aid evlərin çıxarış probleminə toxunub Azərbaycan bölgələrində şəhid ailələri və qazilər üçün tikilən evlərə çıxarışların verilməsi aylarla uzadılır.
Biznes
2 Dekabr , 2022 14:03
Deputat şəhid ailələrinə və qazilərə aid evlərin çıxarış probleminə toxunub

"Azərbaycanın bölgələrində şəhid ailələri və qazilər üçün tikilən evlərə çıxarışların verilməsi aylarla uzadılır".

“Report” xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Əziz Ələkbərli deyib.

"Nəticədə kommunal qurumlar aidiyyəti xidmətləri göstərə bilmirlər. Soyuqların düşdüyü bir vaxtda bunun nə anlama gəldiyi hamıya aydındır və bu məsələ təcili həll edilməlidir", - deputat bildirib.

Onun sözlərinə görə, kənd evlərində mənzillərin əksəriyyətinin çıxarışı yoxdur: "Belə bir şəraitdə "Azəriqaz" İB və "Azərişıq” ASC-nin şəhid ailələri və qazilər üçün tikilən evlərin qaz və işıqla təmin olunmaması məsələsini də çıxarışa bağlamasını normal hesab etmirəm".

Ə. Ələkbərli vurğulayıb ki, şəhid ailələrinin və qazilərin problemlərinin həlli ilə bağlı böyük işlər görülür.

Son xəbərlər

Orphus sistemi