Davos İqtisadi Forumu pandemiya ilə mübarizədə innovativ həll yollarını müzakirə edəcək

Davos İqtisadi Forumu pandemiya ilə mübarizədə innovativ həll yollarını müzakirə edəcək Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqlamasında bildirilir
Biznes
26 Yanvar , 2021 13:15
Davos İqtisadi Forumu pandemiya ilə mübarizədə innovativ həll yollarını müzakirə edəcək

Yanvarın 25-dən başlayaraq Dünya İqtisadi Forumunun “Davos gündəliyi 2021” tədbiri keçirilir.

"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, tədbir yanvarın 29-na qədər davam edəcək.

Hər il baş tutan ənənəvi Davos İqtisadi Forumu bu il pandemiya ilə bağlı təhlükəsizlik tədbirləri səbəbindən virtual formada öz işinə davam edəcək. İİTKM-nın analitiki Ayhan Satıcı bildirib ki, tədbir çərçivəsində bir çox iqtisadi, sosial, ekoloji və texnoloji məsələlər, o cümlədən, iqtisadiyyatın davamlı inkişaf sistemləri, sənaye transformasiyası və inkişafı, qlobal resurs idarəçiliyin inkişafı, Dördüncü Sənaye İnqilabının texnoloji imkanları, qlobal və regional əməkdaşlığın inkişafı kimi mövzular ətrafında dünya liderlərinin, iş adamlarının, beynəlxalq təşkilat üzvlərinin və s. iştirakçıların müzakirəsi olacaq.

"Pandemiyanın qlobal səviyyədə yaratdığı sistematik dəyişikliklər, 2020-ci ildə ortaya çıxan problemlər və 2021-ci ildə bəşəriyyəti gözləyən digər aktual məsələlər də Forumun müzakirə mövzularındandır. Həmçinin, Davos gündəliyi çərçivəsində COVİD-19 pandemiyasının vurduğu zərərlərin minimallaşdırılması üçün innovativ, dayanıqlı və inkişafa meyilli institusional yanaşmaların müzakirəsi də gözlənilir. “Davos gündəliyi 2021” tədbiri Dünya İqtisadi Forumunun “Böyük Sıfırlama Təşəbbüsü”-ün başlamasına və yazda baş tutması gözlənilən xüsusi illik görüşün hazırlıqlarına öz töhfəsini verəcək.

“Davos gündəliyi 2021”-in bu il çatdırmaq istədiyi əsas mesajlardan biri “İnamın bərpa edilməsi üçün həlledici il” (A Crucial Year to Rebuild Trust) mövzusudur. Tədbir 70 ölkəni əhatə edən 1500-dən çox dövlət, özəl və vətəndaş cəmiyyəti liderlərinin iştirakı ilə 5 proqram mövzusundan ibarət olacaq. Həmin proqramların mövzuları hər gün planlaşdırılıb. Belə ki, “Davamlı və dayanıqlı iqtisadi sistemlərin dizaynı”, “Məsuliyyətli sənayə transformasiyası və inkişafı”, “Qlobal resurs idarəçiliyin inkişafı”, “Dördüncü Sənaye İnqilabının texnoloji imkanları” və “Qlobal və regional əməkdaşlıqların inkişafı” mövzuları müzakirəyə çıxarılacaq", - o qeyd edib.

Davos İqtisadi Forumu isveçrəli professor Klaus Şvabın təşəbbüsü ilə 1971-ci ildə dünya iqtisadiyyatının perspektivlərini müzakirə etmək və ümumi strategiya hazırlamaq məqsədilə yaradılıb. Forum steykholder kapitalizmi ideyasını davamlı olaraq müdafiə və təbliğ edir. Forumun rəhbəri porofessor K. Şvabın müdafiə etdiyi steykholder kapitalizmi bütün maraqlı tərəflər (steykholderlərin) maraqlarının qounmasını iqtisadi inkişaf üçün vacib hesab edir. Forumun hər il keçirilməsində əsas məqsəd ‎dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, nüfuzlu siyasətçiləri, ‎iqtisadçıları, biznesmenlərin iştirakı ilə yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini, aktual problemləri və gələcəklə bağlı gözləntiləri müzakirə etməkdir.

Son xəbərlər

Orphus sistemi