Daşınmaz əmlak bazarı: İlkin mənzillərin qiyməti artıb, təkrar mənzillər ucuzlaşıb

Daşınmaz əmlak bazarı: İlkin mənzillərin qiyməti artıb, təkrar mənzillər ucuzlaşıb Bu ilin avqust ayında əvvəlki ayla müqayisədə daşınmaz əmlak bazarında qiymətlər təxminən stabil qalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə qiymətlərdə 8,42% artım olub.
Biznes
13 Sentyabr , 2021 11:07
Daşınmaz əmlak bazarı: İlkin mənzillərin qiyməti artıb, təkrar mənzillər ucuzlaşıb

Bu ilin avqust ayında əvvəlki ayla müqayisədə daşınmaz əmlak bazarında qiymətlər təxminən stabil qalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə qiymətlərdə 8,42 % artım olub.

Bu barədə “Report”a “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri, MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov məlumat verib.

N.İbrahimov təkrar mənzillərin qiymətinin azaldığını bildirib:

“Təkrar mənzil bazarında qiymətlər ay ərzində 2,95 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1,73 % azalıb. İlkin mənzil bazarında ay ərzində qiymətlərdə 1,93 %, ötən ilin eyni dövrü ilə müqayisədə 12,18 % bahalaşma qeydə alınıb”.

“Mənzillərin kirayəsi bazarında qiymətlər ay ərzində 0,36 %, ötən ilin eyni dövrü ilə mqayisədə 3,47 % artıb”, - deyə ekspert əlavə edib.

Son xəbərlər

Orphus sistemi