Daha iki ölkədən Azərbaycana peçenye tədarükünə başlanılıb
- 31 yanvar, 2023
- 13:43
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən 31 milyon ABŞ dolları dəyərində 15 min 728 ton şirin quru peçenye gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 22 %, kəmiyyət olaraq – 17 % çoxdur.
Türkiyədən 12,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 51 % çoxdur) 4 min 306 ton (+25 %), Rusiyadan 7,2 milyon ABŞ dolları dəyərində (+7,3 %) 3 min 102 ton (-7 %), İrandan 5,2 milyon ABŞ dolları dəyərində (+63,3 %) 6 min 417 ton (+64 %), Ukraynadan 2 milyon ABŞ dolları dəyərində (-43 %) 800,6 ton (-52,3 %), Qazaxıstandan 1 min ABŞ dolları dəyərində (-33 %) 396,6 ton (-42 %) məhsul alınıb.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Livan və Tailanddan tədarük həyata keçirilib. Həmin ölkələrdən müvafiq olaraq 11 min ABŞ dolları dəyərində 0,4 ton və 0,35 min ABŞ dolları dəyərində 0,01 ton peçenye idxal edilib.
Hesabat dövründə Azərbaycan 712 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 505,7 ton (+87 %) peçenye ixrac edib.
Gürcüstana 320 min ABŞ dolları dəyərində (+3 dəfə) 269,2 ton (+2,5 dəfə), Qazaxıstana 111 min ABŞ dolları dəyərində (+370 dəfə) 34,4 ton (+229 dəfə), Çinə 36 min ABŞ dolları dəyərində (+37 %) 15,4 ton (+19 %), Qırğızıstana 35 min ABŞ dolları dəyərində (+6,8 %) 31 ton (-11,7 %), Türkiyəyə 34 min ABŞ dolları dəyərində 16,5 ton (1 ildən sonra tədarük bərpa edilib) məhsul satılıb.