Daha iki ölkədən Azərbaycana ətir tədarükünə başlanıb

Biznes
  • 09 noyabr, 2022
  • 12:34
Daha iki ölkədən Azərbaycana ətir tədarükünə başlanıb

Bu ilin ilk 8 ayı ərzində Azərbaycana xaricdən 15,268 milyon ABŞ dolları dəyərində 806 ton ətir və tualet suyu gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,4 %, kəmiyyət olaraq – 10 % azdır.

Fransadan 5,935 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5,5 % azdır) 65 ton (+8,3 %), Rusiyadan 1,662 milyon ABŞ dolları dəyərində (+15 %) 142,72 ton (-21 %), İspaniyadan 1,484 milyon ABŞ dolları dəyərində (+31 %) 25,45 ton (+2,3 %), İtaliyadan 1,177 milyon ABŞ dolları dəyərində (-22 %) 19,93 ton (-5 %), Polşadan 997,1 min ABŞ dolları dəyərində (-50,6 %) 60,71 ton (-51,2 %) məhsul alınıb.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Livan və Misirdən tədarük həyata keçirilib. Həmin ölkələrdən müvafiq olaraq 0,72 min ABŞ dolları dəyərində 0,02 ton və 2,15 min ABŞ dolları dəyərində 0,09 ton ətir idxal edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti