Daha bir neçə şirkət Azərbaycanda filialını ləğv edib

Daha bir neçə şirkət Azərbaycanda filialını ləğv edib "VAMED ENGINEERING GMBH" şirkətinin və "VİPRO UK Limited" şirkətinin Azərbaycandakı filialı fəaliyyətini dayandırıb
Biznes
2 Noyabr , 2016 09:52
Daha bir neçə şirkət Azərbaycanda filialını ləğv edib

Bakı. 2 noyabr. REPORT.AZ/ "Asia Central Trading Limited" kompaniyasının nümayəndəliyi, "VAMED ENGINEERING GMBH" və "VİPRO UK Limited" şirkətlərinin Azərbaycandakı filialları ləğv olunub.

Bu barədə "Report"a Vergilər Nazirliyindən məlumat verilib.

"VİPRO UK Limited" şirkətinin fəaliyyətinə xitam verilib ki, bununla əlaqədar şirkət Azərbaycanda dövlət qeydiyyatının təsviyyəsini elan edib. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90A ünvanına bildirə bilərlər.

"Asia Central Trading Limited" kompaniyasının kreditorları isə iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi ev 14, mənzil 3 ünvanına müraciət etməlidirlər.

"VAMED ENGINEERING GMBH" şirkətinin Azərbaycan filialının ləğvi ilə bağlı kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, ev 10 mənzil 168 ünvanına bildirə bilərlər. 

Son xəbərlər

Orphus sistemi