Daha bir aşağı büdcəli aviaşirkət Bakıya uçuşlar həyata keçirmək istəyir

Daha bir aşağı büdcəli aviaşirkət Bakıya uçuşlar həyata keçirmək istəyir Omanın aşağı büdcəli aviaşirkəti “SalamAir” bu il Bakı şəhərinə uçuşlar həyata keçirməyi planlaşdırır.
Biznes
24 Yanvar , 2022 11:27
Daha bir aşağı büdcəli aviaşirkət Bakıya uçuşlar həyata keçirmək istəyir

Omanın aşağı büdcəli aviaşirkəti “SalamAir” bu il Bakı şəhərinə uçuşlar həyata keçirməyi planlaşdırır.

“Report” xarici mətbuta istinadən xəbər verir ki, bunu aviaşirkətin baş direktoru Məhəmməd Əhməd deyib.

O bildirib ki, “SalamAir” fevral ayında yeni “Airbus A321” təyyarəsini alacaq, bununla da parkını 8 təyyarəyə çatdıracaq: “Yeni təyyarə, gələn yay şirkətin genişlənmə planına nail olmağa kömək edəcək, xüsusən də şirkətin Şərqi Avropa, Mərkəzi Asiya ölkələri və Türkiyədə yeni istiqamətdə uçuşlar həyata keçirməyə planlaşdırır. Bu yeni istiqamətlər arasında Bakı (Azərbaycan), Sarayevo (Bosniya və Herseqovina), Qırğızıstanın Oş və Bişkek şəhərləri, Türkiyənin Trabzon şəhəri də var”.

O qeyd edib ki, “SalamAir” ötən il 71 %-lik doluluqla 9,2 min ucuş həyata keçirib və ümumilikdə 1 milyondan çox sərnişin daşıyıb

Son xəbərlər

Orphus sistemi