Daha 5 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Daha 5 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 5 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
Biznes
18 Yanvar , 2022 14:44
Daha 5 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 5 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib.

“Report”un KOBİA-ya istinadən verdiyi məlumata görə, bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 32-yə çatıb.

“Startap” şəhadətnaməsi "Pickpoint" MMC-nin bağlamaların çatdırılması prosesini avtomatlaşdıran onlayn platforması (www.poste.az), "Smor" MMC-nin avtomobil ehtiyyat hissələrinin satışı üçün marketpleys (www.smor.az), “Maestro Company Limited” MMC-nin məişət xidmətləri üçün veb-platforma (www.izzidone.com), “Documood” MMC-nin müqavilələrin onlayn bağlanması üçün veb-platforma (www.documood.az) və “Pay2play” MMC-nin rəqəmsal məhsullar (oyunlar) üçün marketpleys (www.pay2play.az) layihələri üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Son xəbərlər

Orphus sistemi