“Cosmoline” mərkəzi “Tərcüməçi” vəzifəsinə vakansiya elan edir

“Cosmoline” mərkəzi “Tərcüməçi” vəzifəsinə vakansiya elan edir Mərkəz fars, rus, gürcü və erməni dilindən tərcümələrin həyata keçirilməsi üçün “Tərcüməçi” vəzifəsinə vakansiya elan edir
Biznes
26 Aprel , 2021 11:08
“Cosmoline” mərkəzi “Tərcüməçi” vəzifəsinə vakansiya elan edir

“Cosmoline” tərcümə mərkəzi fars, rus, gürcü və erməni dilindən tərcümələrin həyata keçirilməsi üçün “Tərcüməçi” vəzifəsinə vakansiya elan edir.

Namizədə tələblər:

- ali təhsil;

- fars, rus, gürcü və ya erməni dilini mükəmməl bilmək;

- yuxarıda qeyd olunan dillərin qrammatikasını yüksək səviyyədə bilmək;

- müasir informasiya texnologiyalarından istifadə etməyi, eləcə də məlumat toplamağı və təhlil etməyi bacarmaq;

- qeyd olunan dillərdən ikisini bilən, eyni zamanda sahə üzrə təcrübəyə malik namizədlərə üstünlük veriləcəkdir.

Peşəkar vərdişlər:

- verilən tapşırıqlara ciddi və məsuliyyətlə yanaşmaq;

- komandada və müstəqil şəkildə işləməyi bacarmaq;

- yüksək qavrama və öyrənmə qabiliyyətinə malik olmaq;

- işdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə malik olmaq.

İş barədə məlumat:

- iş Bakı şəhərindədir;

- əmək münasibətləri qanunvericiliyə uyğun rəsmiləşdirilir;

- peşəkar inkişaf imkanı;

- gənc, enerjili və mehriban kollektiv;

- əmək haqqı 1 000 manatdan başlayaraq.

Qeyd məlumatlarını [email protected] elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

Son xəbərlər

Orphus sistemi