"Coca-Cola"nın 8 ölkə üzrə PR direktoru vəzifəsinə azərbaycanlı təyin edildi

"Coca-Cola"nın 8 ölkə üzrə PR direktoru vəzifəsinə azərbaycanlı təyin edildi O, Qafqaz və Mərkəzi Asiya ölkələrində qlobal şirkətin və onun brendlərinin nüfuzunun qorunması, PR strategiyasının hazırlanması ilə məşğul olacaq
Biznes
5 Fevral , 2021 16:19
Coca-Colanın 8 ölkə üzrə PR direktoru vəzifəsinə azərbaycanlı təyin edildi
Elşad Fərzəliyev

Dünyanın ən böyük sərinləşdirici içki istehsalçısı olan "Coca-Cola" şirkətində azərbaycanlı mütəxəssis Elşad Fərzəliyev Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya direktoru təyin edilib.

Bu barədə “Report” şirkətə istinadən xəbər verir.

Yeni vəzifədə E.Fərzəliyev "Coca-Cola" şirkətinin Azərbaycan, Qazaxstan və Özbəkistan da daxil olmaqla regionun 8 ölkəsində qlobal şirkətin və onun brendlərinin nüfuzunun qorunması, PR strategiyasının hazırlanması, dövlət qurumları və ictimaiyətlə əlaqələr, sosial məsuliyyət proqramlarının inkişafı kimi məsələlərə rəhbərlik edəcək.

E.Fərzəliyev 2014-cü ildən "Coca-Cola" şirkətində işə başlayıb və burada ictimaiyyətlə əlaqələr və kommunikasiya sahəsində bir sıra rəhbər vəzifələri icra edib.

"Coca-Cola" şirkəti ilə əməkdaşlığa başlamazdan öncə də E.Fərzəliyev bir çox yerli və xarici şirkətlərdə, beynəlxalq layihələrdə PR və kommunikasiya sahəsi üzrə uğurlu işlərə imza atıb.

Qeyd edək ki, milyardlarla insanın tanıdığı və sevdiyi sərinləşdirici içkiləri istehsal edən "Coca-Cola" şirkəti dünyanın 200-dən çox ölkəsində fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi