“Coca Cola”nın Azərbaycanda investisiya qoyuluşu və vergi ödənişi açıqlanıb

“Coca Cola”nın Azərbaycanda investisiya qoyuluşu və vergi ödənişi açıqlanıb ABŞ-ın “Coca Cola” şirkətinin yerli nümayəndəliyi - “Azərbaycan Coca-Cola Bottlers” MMC-nin 30 milyon ABŞ dollarından çox sərmayə qoyuluşunu nəzərdə tutan investisiya planına əsasən, İsmayıllı, Oğuz və ya Qəbələ rayonlarının birində beynəlxalq keyfiyyət v
Biznes
1 Fevral , 2021 15:59
“Coca Cola”nın Azərbaycanda investisiya qoyuluşu və vergi ödənişi açıqlanıb

ABŞ-ın “Coca Cola” şirkətinin yerli nümayəndəliyi - “Azərbaycan Coca-Cola Bottlers” MMC-nin 30 milyon ABŞ dollarından çox sərmayə qoyuluşunu nəzərdə tutan investisiya planına əsasən, İsmayıllı, Oğuz və ya Qəbələ rayonlarının birində beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına cavab verən yeni istehsal zavodu qurulacaq.

“Report” bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumatda həmçinin deyilir ki, müəssisədə 100-ə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur ki, bu da bölgədə məşğulluğun daha da artmasına töhfə verəcək.

1996-cı ildən Azərbaycanda fəaliyyət göstərən “Coca-Cola” ölkəmizin qeyri-neft sektorunda ən böyük xarici investorlardan biridir. 400 nəfərdən artıq əməkdaşı olan “Azərbaycan Coca-Cola Bottlers” indiyə qədər ölkə iqtisadiyyatına 200 milyon ABŞ dollarından çox sərmayə yatırıb və dövlət büdcəsinə 300 milyon manatdan artıq vergi ödəyib.

Son xəbərlər

Orphus sistemi