"Coca-Cola" bir çox brendlərini bağlayır

"Coca-Cola" bir çox brendlərini bağlayır "Coca-Cola" şirkəti malik olduğu 430 brenddən 200-ə yaxınını bağlamağı nəzərdə tutur
Biznes
23 Oktyabr , 2020 18:29
Coca-Cola bir çox brendlərini bağlayır

"Coca Cola" şirkəti malik olduğu 430 brenddən 200-ə yaxınını bağlamağı nəzərdə tutur.

“Report” xəbər verir ki, cari ilin üçüncü rübünə dair maliyyə hesabatını açıqlayan şirkət bağlanacaq brendlərin tam siyahısını verməsə də, “Tab” pəhriz işkisi, “Zico” kokos suyu, “Odwalla” şirələri, həmçinin bir çox məhəlli brendlərin bağlanacağı qeyd olunur.

Hesabata görə, şirkətin gəliri ikinci rübdəki 28 faizə qarşı üçüncü rübdə 9 faiz azalaraq 8,7 milyard ABŞ dolları, xalis mənfəəti də 33 faiz azalaraq 1,7 milyard ABŞ dolları təşkil edib. Həmin itkilər xeyli dərəcədə dünya boyu karantin tədbirləri nəticəsində bağlanan kafe-restoranlarda satışların dayandırılması ilə bağlıdır.

Avqust ayında "Coca-Cola" şirkəti Şimali Amerikada 4 minədək iş yerinin ixtisarını da nəzərdə tutan irimiqyaslı yenidənqurma proqramını açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi