Çinin oktyabrda ixracının dəyəri 300 milyard dolları keçib

Çinin oktyabrda ixracının dəyəri 300 milyard dolları keçib Bu ilin oktyabr ayında Çinin ixracının dəyəri 300,2 milyard ABŞ dolları, idxalının dəyəri isə 215,7 milyard dollar təşkil edib.
Biznes
8 Noyabr , 2021 10:00
Çinin oktyabrda ixracının dəyəri 300 milyard dolları keçib

Bu ilin oktyabr ayında Çinin ixracının dəyəri 300,2 milyard ABŞ dolları, idxalının dəyəri isə 215,7 milyard dollar təşkil edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 27,1% və 20,6% çoxdur.

Son nəticədə ötən ay xarici ticarətdə 84,5 milyard dollarlıq müsbət saldo yaranıb. Bu isə əvvəlki ayla müqayisədə 26,5% çoxdur.

O cümlədən, Çinin ən böyük ticarət tərəfdaşı - ABŞ-a ixracının dəyəri idxalının dəyərini 40,7 milyard dollar üstələyib. Amma bu, 1 ay əvvələ nisbətən 3,1% azdır.

Oktyabrda Çinin Avropa İttifaqı ilə xarici ticarətində isə 29,5 milyard dollarlıq saldo olub.

Son xəbərlər

Orphus sistemi