Çin hökuməti koronavirusa qarşı əcnəbi şirkətlərə dəstək verəcək

Çin hökuməti koronavirusa qarşı əcnəbi şirkətlərə dəstək verəcək Çin hökuməti ölkədə 2019-nCoV koronavirusunun törətdiyi yeni tip pnevmoniyanın yayılması ilə bağlı əcnəbi şirkətlərə dəstək verəcək.
Biznes
10 Fevral , 2020 15:22
Çin hökuməti koronavirusa qarşı əcnəbi şirkətlərə dəstək verəcək

Çin hökuməti ölkədə 2019-nCoV koronavirusunun törətdiyi yeni tip pnevmoniyanın yayılması ilə bağlı əcnəbi şirkətlərə dəstək verəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyinin sözçüsü Qao Fenq brifinqdə bildirib.

“Ölkəmizin rəqabət üstünlükləri, xarici kapital üçün cazibədarlığı dəyişməz olaraq qalır. Biz əcnəbi kapitallı müəssisələrə dəstəyi artıraraq bu işə aidiyyəti qurumları, regionları cəlb etməyi, habelə koronavirusa qarşı səmərəli tədbir görməkdə əcnəbi şirkətlərə kömək olmağı nəzərdə tuturuq”, - Ticarət Nazirliyinin rəsmisi qeyd edib.

Bununla yanaşı, sərmayə, ticarət, istehsalat sahəsində də problemlərin həllində xarici şirkətlərə yardım göstəriləcəyi diqqətə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi