Çin Azərbaycana kassa aparatları tədarükünü kəskin artırıb
- 26 aprel, 2022
- 13:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycan xaricdən 3,07 milyon ABŞ dolları dəyərində 13 min 982 ədəd kassa aparatı alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,4 dəfə, kəmiyyət olaraq – 2,7 dəfə çoxdur.
Hesabat dövründə Çindən 2,2 milyon ABŞ dolları dəyərində 13 min 544 ədəd, Rusiyadan 726,98 min ABŞ dolları dəyərində 379 ədəd, Almaniyadan 119,6 min ABŞ dolları dəyərində 16 ədəd, Türkiyədən 17,57 min ABŞ dolları dəyərində 43 ədəd cihaz idxal edilib.
Bir il əvvəlki göstəricilərlə müqayisədə Çindən tədarük müvafiq olaraq 3,5 dəfə və 2,8 dəfə artıb, Rusiyadan – 10,2 % və 11,5 % artıb. Ötən ilin ilk iki ayında Almaniya və Türkiyədən kassa aparatları alınmayıb.