Çexiya Azərbaycanla iqtisadi əməkdaşlığı gücləndirmək istəyir

Çexiya Azərbaycanla iqtisadi əməkdaşlığı gücləndirmək istəyir Bu gün Çexiyada istifadə edilən neftin 1/3 hissəsi Azərbaycan neftinin payına düşür.
Biznes
19 Sentyabr , 2019 10:15
Çexiya Azərbaycanla iqtisadi əməkdaşlığı gücləndirmək istəyir

Bu gün Çexiyada istifadə edilən neftin 1/3 hissəsi Azərbaycan neftinin payına düşür.

"Report" xəbər verir ki, bu barədə “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar Bakıda keçirilən beynəlxalq konfransa Çexiya Prezidenti Miloş Zemanın təbrik məktubunda deyilir.

M.Zeman qeyd edib ki, rəhbərlik etdiyi ölkə Azərbaycanla əməkdaşlığın artmasında maraqlıdır: “Məhz bu əməkdaşlığın nəticəsidir ki, Azərbaycan Çexiyanın iqtisadi baxımdan əməkdaşlıq etdiyi 5-ci ölkədir".

Məktubu tədbirin əsas təşkilatçısı olan "Caspian European Club" sədrinin I müavini və baş icraçı direktoru Telman Əliyev oxuyub.

Son xəbərlər

Orphus sistemi