Çexiya Azərbaycana qəhvə tədarükünü bərpa edib
- 23 iyun, 2022
- 11:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycana 2022-ci ilin ilk 4 ayı ərzində xaricdən 909,01 min ABŞ dolları dəyərində 102,37 ton qəhvə gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 11,3 %, kəmiyyət olaraq – 4,1 % çoxdur.
Hesabat dövründə İtaliyadan 349,1 min ABŞ dolları dəyərində 26,49 ton, Türkiyədən 162,84 min ABŞ dolları dəyərində 23,5 ton, Rusiyadan 85,9 min ABŞ dolları dəyərində 16,12 ton, Braziliyadan 59,87 min ABŞ dolları dəyərində 10 ton, Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 57,18 min ABŞ dolları dəyərində 4,09 ton məhsul alınıb.
Bir il əvvəlki göstəricilərlə müqayisədə İtaliyadan idxal müvafiq olaraq 9,7 % və 18 % artıb, Türkiyədən – 16,5 % artıb və 11,3 % azalıb, Rusiyadan – 2,3 dəfə və 2,1 dəfə artıb, Braziliyadan – 24,4 % və 37,5 % azalıb, BƏƏ-dən – 32,8 dəfə və 31,5 dəfə artıb.
Üç il 7 aylıq fasilənin ardından Çexiyadan tədarük bərpa edilib. Həmin ölkədən bu il 0,5 min ABŞ dolları dəyərində 0,06 ton qəhvə alınıb.