Cənubi Uralın tanınmış kolbasa markası Azərbaycana tədarükə başlayır

Cənubi Uralın tanınmış kolbasa markası Azərbaycana tədarükə başlayır Rusiyanın Çelyabinsk ətemalı müəssisəsi yaxın vaxtlarda Azərbaycana kolbasa tədarükünə başlayacaq.
Biznes
14 Dekabr , 2021 17:00
Cənubi Uralın tanınmış kolbasa markası Azərbaycana tədarükə başlayır

Rusiyanın Çelyabinsk ətemalı müəssisəsi yaxın vaxtlarda Azərbaycana kolbasa tədarükünə başlayacaq.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, dekabrda Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") Cənubi Uralın tanınmış kolbasa markalarından biri olan bu ətemalı müəssisəsində yoxlama aparıb.

Nəticədə müəssisədəki istehsalın ölkəmizin baytarlıq-sanitariya qaydalarına uyğun gəldiyinə dair rəy çıxarılıb və istehsalçının ixracatçıların reyestrinə əlavə edilməsi tövsiyə olunub.

Müəssisədə artıq kolbasa və kolbasa məmulatlarının ixracı üçün 12,3 min baytarlıq-müşahidə sənədi qeydiyyata alınıb.

Son xəbərlər

Orphus sistemi