Azərbaycan məhsullarının Cənubi Koreyaya ixracı üçün nəqliyyat-logistika marşrutları müəyyənləşdirilir

Azərbaycan məhsullarının Cənubi Koreyaya ixracı üçün nəqliyyat-logistika marşrutları müəyyənləşdirilir Cənubi Koreya İdxalçılar Assosiasiyası Azərbaycanın rəqabətqabiliyyətli məhsulların idxalına marağı var.
Biznes
30 Sentyabr , 2019 12:43
Azərbaycan məhsullarının Cənubi Koreyaya ixracı üçün nəqliyyat-logistika marşrutları müəyyənləşdirilir

"Cənubi Koreya İdxalçılar Assosiasiyası Azərbaycanın rəqabətqabiliyyətli məhsulların idxalına marağı var".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Assosiasiyasının sədri Hong Kvang Hee bildirib.

Koreya rəsmisi vurğulayıb ki, Azərbaycanda aqrar sahə yüksək templə inkişaf edir: "Koreya istehlak bazarı böyükdür, bununla yanaşı ölkələr arasında məsafə də böyükdür. Bu gün Azərbaycan ilə Cənubi Koreya arasında keçirilmiş biznes forumda Azərbaycanın hansı məhsulların, hansı nəqliyyat-logistika marşrutlarla Cənubi Koreyaya ixracının mümkünləşməsini müəyyən ediləcək".

Xatırladaq ki, Koreya Milli Dəmir Yolları Korporasiyası Lyanyunqan və Pusan limanlarının geniş terminal imkanlarından istifadə edərək, Avropaya yüklərin müntəzəm daşınması üçün Orta Dəhliz layihəsinə qoşulmaq imkanlarını artıq nəzərdən keçirir. Koreya Milli Dəmir Yolları Korporasiyasına Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun imkanlarından istifadə edilməsi təklifi "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun “Korail” Koreya Milli Dəmir Yolları Korporasiyasının prezidenti Son Byonq Sok ilə apreldə keçirilən goruşdə irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi