Cəlilabad fermerləri ağac köklərini məhv edən zərərvericilərlə mübarizədə acizdir

Cəlilabad fermerləri ağac köklərini məhv edən zərərvericilərlə mübarizədə acizdir Dibqurdu zərəvericisi ancaq badam kötüyünə calaq olunmuş ağaclarda müşahidə olunur
Biznes
1613
31 Yanvar , 2016 22:22
Cəlilabad fermerləri ağac köklərini məhv edən zərərvericilərlə mübarizədə acizdir

Bakı. 31 yanvar. REPORT.AZ/ Cəlilabad rayonunda min bir zəhmət hesabına becərilən ağaclar bar verən ərəfədə gözlənilmədən quruyur. "Report"un məlumatına görə, dibqurdu adlanan zərəverici ağacların köklərini məhv edir.

Maraqlıdır ki, dibqurdu zərəvericisi ancaq badam kötüyünə calaq olunmuş ağaclarda müşahidə olunur. Cəlilabad rayonunda badam kötüklü tinglər isə əsasən Tərtər rayonundan gətirilir.

Bağbanlar bildirirlər ki, çəyirdəkli meyə ağaclarının badam kökünə calaq daha çox gəlir məqsədi ilə edilir. Çünki, badam kötüyünə vurulan calaq tez böyüyərək satışa çıxarılır. Ağacın sonrakı inkişafı isə əksər hallarda satıcıları maraqlandırmır.

Cəlilabadlı fermerlər zərəvericiyə qarşı müxtəlif dərman preparatlarından istifadə etsələr də hələ ki, müsbət nəticə əldə edə bilməyiblər.

Mütəxəssislərin fikrincə bu kimi tinglər satışa çıxarılamzdan əvvəl dizenfeksiya olunması daha məqsədəuyğundur.

Son xəbərlər

Orphus sistemi