Cavanşir Abdullayev: "Biznes planları bankları qane edən keyfiyyətdə olmur"

Cavanşir Abdullayev: "Biznes planları bankları qane edən keyfiyyətdə olmur" “Sahibkarlar arasında keçirilən müntəzəm təhlili sorğular mövcud iqtisadi şəraitdə ödəniş qabiliyyətli biznes subyektlərinin sayının azaldığını göstərir”.
Biznes
18 Sentyabr , 2020 16:11
Cavanşir Abdullayev: Biznes planları bankları qane edən keyfiyyətdə olmur
0 : 00
0 : 00

“Sahibkarlar arasında keçirilən müntəzəm təhlili sorğular mövcud iqtisadi şəraitdə ödəniş qabiliyyətli biznes subyektlərinin sayının azaldığını göstərir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyası yanında Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının onlayn formatda növbəti iclasında bildirib.

O çıxışında maliyyə-bank sektoru ilə sahibkarlar arasında mühüm əməkdaşlıq platforması kimi Şuranın xüsusilə pandemiya şəritində biznesə zəruri dəstəyin göstərilməsi baxımından əhəmiyyətini qeyd edib.

C.Abdullayev bildirib ki, bir çox hallarda sahibkarların biznes planları bankları qane edəcək keyfiyyətdə hazırlanmır. O, dövlətin biznesə dəstək fondlarının ayrı-ayrılıqda mühüm əhəmiyyətini qeyd etməklə yanaşı, mövcud şəraitdə onların fəaliyyətinin konsolidasiyası imkanlarına baxılmasının vacibliyini diqqətə çatdırıb.

Bundan başqa, C.Abdullayevin sözlərinə görə, beynəlxalq təcrübədə, xüsusən Türkiyə və Malayziyada də rast gəlindiyi kimi banklar tərəfindən biznesə dəstəkdə daha çox dövlətin zəmanət mexanizmlərindən istifadəyə üstünlük verilməsi məqəsəduyğundur.

Son xəbərlər

Orphus sistemi