Aqrosənaye, yüngül və ağır sənaye sektorlarını əhatə edən təkliflər paketi hazırlanıb

Aqrosənaye, yüngül və ağır sənaye sektorlarını əhatə edən təkliflər paketi hazırlanıb “Caspian European Club” onlayn “B2B Agro” və “B2B Industry” forumları keçirib. Hər iki tədbir çərçivəsində aqrosənaye, yüngül və ağır sənaye sektorlarını təmsil edən sahibkarların koronavirus pandemiyası dövründə üzləşdikləri problemlər müzakirə olunub. Bütün müzakirələrin nəticələrinə əsasən təkliflər paketi hazırlanaraq baxılması və mümkün həlli üçün müvafiq dövlət qurumlarına göndəriləcək.
Biznes
27 Aprel , 2020 19:01
Aqrosənaye, yüngül və ağır sənaye sektorlarını əhatə edən təkliflər paketi hazırlanıb

“Caspian European Club” onlayn “B2B Agro” və “B2B Industry” forumları keçirib. Hər iki tədbir çərçivəsində aqrosənaye, yüngül və ağır sənaye sektorlarını təmsil edən sahibkarların koronavirus pandemiyası dövründə üzləşdikləri problemlər müzakirə olunub. Bütün müzakirələrin nəticələrinə əsasən təkliflər paketi hazırlanaraq baxılması və mümkün həlli üçün müvafiq dövlət qurumlarına göndəriləcək.

“Report” xəbər verir ki, bu barədə “Caspian European Club” və “Caspian Energy”nin sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Onlayn “B2B Agro” forumun işində Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin direktorun müavini Namiq Şalbuzov, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparatının Qeydiyyat və sahibkarlarla iş şöbəsinin müdiri Orxan Mikayıl, AQTA-nın Qida zəncirinə nəzarət və regional bölmələrlə iş şöbəsinin Sertifikatlaşdırılma və idxal-ixraca nəzarət sektorunun müdiri Fərid Əmirov, iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən dövlət və özəl şirkətlərin top-menecerləri iştirak ediblər.

“B2B Industry” forumun işində İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin müdir müavini Fikrət Qurbanov, Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin Şöbə rəisi Elçin Rüstəmov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOB Dostu departamentinin şöbə müdiri Adil Əhmədov, “Azexport.az” portalın idarəedici menecer Ayxan Qədəşov, iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən dövlət və özəl şirkətlərin top-menecerləri iştirak ediblər. Hər iki onlayn foruma Xəzər-Qara dəniz regionu və Avropa İttifaqı ölkələrindən olan klub üzvləri də qoşulublar. Onlar mövcud şəraitdə öz ölkələrində sahibkarlıq subyektlərinin fəaliyyət şərtləri barədə məlumat veriblər.

T.Əliyev “Caspian European Club”un üzv şirkətlərinin top-menecerləri adından koronavirus pandemiyası dövründə sahibkarlara göstərilən fəal mövqeyə və dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan Hökumətinin iqtisadi blokunun bütün nümayəndələrinə təşəkkürünü bildirib.

“B2B forum” – beynəlxalq biznes-netvorkinq üçün “Caspian European Club” tərəfindən yaradılmış unikal platformadır. Forum çərçivəsində biznes nümayəndələri qısa təqdimatlar keçirir, öz fəaliyyətləri barədə məlumat verir, bu sahələrin problemləri ilə bölüşür və onların həlli yollarını təklif edirlər.

Həftədə iki dəfə keçirilən onlayn “B2B Forum”lar Azərbaycan, Gürcüstan, Qazaxıstan, həmçinin digər Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin iqtisadiyyatının müxtəlif sahələrindən olan şirkət rəhbərləri ilə qeyri-rəsmi şəraitdə ünsiyyət və yeni işgüzar əlaqələr qurmaq üçün əlavə platformadır.

Sıralarında 50 ölkədən 5 mindən çox şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda yaradılıb. Klubun əsas məqsədi Azərbaycanda və “Caspian European Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqu stimullaşdırmaqdan və onlarda iştirak etməkdən ibarətdir. “Caspian European Club”un mənzil-qərargahı Bakıda yerləşir. Klubun Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəliyi, ABŞ, Almaniya, Polşa, Latviya və Çexiyada səlahiyyətli nümayəndələri var.

Son xəbərlər

Orphus sistemi