“Caspian Energy Club” Aİ-Gürcüstan Biznes Şurası ilə əməkdaşlıq edəcək

“Caspian Energy Club” Aİ-Gürcüstan Biznes Şurası ilə əməkdaşlıq edəcək Tbilisidə “Caspian Energy Club” və Avropa İttifaqı-Gürcüstan Biznes Şurası arasında anlaşma memorandumu imzalanıb.
Biznes
20 May , 2022 10:55
“Caspian Energy Club” Aİ-Gürcüstan Biznes Şurası ilə əməkdaşlıq edəcək

Tbilisidə “Caspian Energy Club” və Avropa İttifaqı-Gürcüstan Biznes Şurası arasında anlaşma memorandumu imzalanıb.

“Report”un yerli bürosu xəbər verir ki, sənədi “Caspian Energy Club”ın sədri və baş icraçı direktoru Telman Əliyev və Aİ-Gürcüstan Biznes Şurasının baş katibi Zviad Çumburidze imzalayıblar.

T.Əliyev bildirib ki, pandemiyanın səbəb olduğu uzun fasilədən sonra “Caspian Energy Club” Gürcüstanda fəaliyyətini bərpa edir: "Biz Gürcüstanda mütəmadi olaraq biznes turlar, görüşlər, seminarlar və treninqlər təşkil etməyə çalışacağıq. Bunun üçün bir sıra tərəfdaşlar seçmişik və onlardan biri Aİ-Gürcüstan Biznes Şurasıdır. Bu təşkilatla uzun müddətdir əməkdaşlıq edirik, pandemiya dövründə onlayn formatda hökumət rəsmiləri və səfirlik nümayəndələrinin iştirakı ilə birgə üç biznes forum təşkil edilib".

Z.Çumburidze öz növbəsində deyib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşı olduğundan bu ölkə ilə ticari-iqtisadi əlqələrin inkişafına əlavə təkan verəcək müsbət addımlar atılır: "İmzalanmış memorandum çox mühüm əhəmiyyət kəsb edir. Sənədə əsasən enerji layihələri üzrə əməkdaşlığın gücləndirilməsi və genişləndirilməsi nəzərdə tutulub. Çünki Azərbaycan bölgədə aparıcı enerji tədarükçüsüdür və bu sahədə Gürcüstanla əməkdaşlığı daha da gücləndirmək üçün çox böyük imkanlara malikdir. Biz Azərbaycanla birgə layihələr üzərində çalışmağa və işgüzar dairələr arasında əlaqələrin gücləndirilməsinə töhfə verməyə hazırıq".

İmzalanma mərasimindən sonra Azərbaycan və Gürcüstan şirkətlərinin nümayəndələri arasında “B2B” formatında görüşlər keçirilib.

Son xəbərlər

Orphus sistemi