Sahibkarlığın inkişafında vergi siyasəti müzakirə olunub

Sahibkarlığın inkişafında vergi siyasəti müzakirə olunub Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Sahibkarlığın inkişafında vergi siyasəti: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” adlı dəyirmi masa keçirilib.
Biznes
17 Dekabr , 2019 12:49
Sahibkarlığın inkişafında vergi siyasəti müzakirə olunub

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Sahibkarlığın inkişafında vergi siyasəti: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” adlı "dəyirmi masa" keçirilib.

"Report" xəbər verir ki, Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Milli Məclis, biznes nümayəndələri və elm adamlarının qatıldığı tədbir Dövlət İqtisad Universitetinin Elmi fəaliyyətin idarə olunması departamentinin və “Carlsberg Azerbaijan” şirkətinin dəstəyi ilə reallaşdırılıb.

Tədbirdə “Carlsberg Azerbaijan” şirkətinin baş direktoru Vyaçeslav Malçev çıxış edərək təmsil etdiyi şirkətin Azərbaycan hökümətinin bizneslə əməkdaşlıq sahəsində atdığı addımları yüksək qiymətləndirdiyini və bu addımların dövlət-özəl sektor arasında səmərəli əməkdaşlığın yalnız başlanğıcı olduğunu vurğulayıb.

Y.T. Qaydar adına İqtisadi Siyasət İnstitutunun aparıcı elmi işçisi İlya Sokolov dövlət və özəl sektor arasında dialoqun beynəlxalq təcrübəsindən danışıb.

Tədbir Azərbaycanda iqtisadiyyatın və biznesin inkişafında dayanıqlı inkişafın əsasını qoyacaq yeni platformanın əsası qismində təşkil olunub.

Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva isə  çıxışında ölkədə vergilər sahəsində həyata keçirilən islahatlar haqqında məlumat verib.

Son xəbərlər

Orphus sistemi