Camal Yanğın: "Türk kapitallı xarici şirkətlərdən Qarabağa dair müraciətlər var"

Camal Yanğın: "Türk kapitallı xarici şirkətlərdən Qarabağa dair müraciətlər var" Bir sıra ölkələrdə, o cümlədən Avropa ölkələrində fəaliyyət göstərən Türkiyə kapitallı şirkətlərdən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərmək üçün müraciətlər var.
Biznes
28 Aprel , 2022 14:45
Camal Yanğın: Türk kapitallı xarici şirkətlərdən Qarabağa dair müraciətlər var

Bir sıra ölkələrdə, o cümlədən Avropa ölkələrində fəaliyyət göstərən Türkiyə kapitallı şirkətlərdən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərmək üçün Azərbaycan-Türkiyə İş Adamları Birliyinə müraciətlər var.

Bunu “Report”a açıqlamasında qurumun İdarə Heyətinin sədri Camal Yanğın deyib.

“Şirkətlərin rəsmiləri Qarabağın inkişaf etdirilməsi prosesinin başlayıb-başlamadığını soruşurlar. Mən də bildirirəm, hələ ki, işğaldan azad edilmiş ərazilərin inkişafı ilə bağlı ümumi plan tam hazır deyil. Üstəlik həmin ərazilər işğalçı dövlətin basdırdığı minalarla doldudur. Hələ ki, 10 türk kapitallı şirkət Qarabağda çalışır, bizim mütəxəssislər azərbaycanlı həmkarları ilə birlikdə infrastruktur layihələri reallaşdırırlar", - deyə o, qeyd edib.

Bu günə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes qurmaq istəyən sahibkarlardan İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) 1 000-dən çox müraciət daxil olub.

Son xəbərlər

Orphus sistemi