Bakı. 19 dekabr. REPORT.AZ/ “Hazırda Azərbaycanda 45 aqroparkın yaradılması həyata keçirilir. Bunlardan 18-i artıq fəaliyyətə başlayıb, qalanları isə növbəti illərdə fəaliyyətə başlayacaq”.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri
Onun sözlərinə görə, bu sahədə investisiya qoyuluşu 1,5 mlrd manat məbləğində qiymətləndirilir.
Nazir onu da deyib ki, Azərbaycandan qeyri-neft ixracının sürətləndirilməsi məqsədi ilə xaricdə ticarət evlərinin yaradılması uğurla davam edir: “Gələn il Birləşmiş Ərəb Əmirliklərində, eləcə də Qazaxıstanın iki şəhərində ticarət evlərinin açılması nəzərdə tutulub. Bu ilin ilk 11 ayın nəticələrinə görə, ölkədə qeyri neft məhsullarının ixracı 10%-dən çox artıb. Hesab edirik ki, növbəti illərdə ciddi nəticələr əldə ediləcək”.