Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 13% artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 13% artıb İctimai iaşə xidmətlərinin həcmi isə 17% artıb
Biznes
15 İyul , 2015 11:22
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 13% artıb

Bakı. 15 iyul.REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında Azərbaycanda pərakəndə ticarət subyektlərindən istehlakçılara 12,0 mlrd. manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 13,4% çox əmtəə satılıb. Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Satılmış istehlak mallarının 49,5%-ni ərzaq məhsulları, içkilər və tütün məmulatları, 50,5%-ni qeyri-ərzaq malları təşkil edib və qeyri-ərzaq mallarının xüsusi çəkisi 2014-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 1,3 faiz bəndi artıb.

Bu ilin yanvar-iyun aylarında ictimai iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,1% artaraq 473,1 mln. manat olub. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 202,2 mln. manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarların subyektləri üzrə isə 270,9 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi