Azərbaycanda 9 ayda 33 investisiya təşviqi sənədi verilib

Azərbaycanda 9 ayda 33 investisiya təşviqi sənədi verilib Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 33 sahibkarlıq subyektinə 33 investisiya təşviqi sənədi, 139 sahibkarlıq subyektinə isə 437 təsdiqedici sənəd verilib.
Biznes
29 Oktyabr , 2021 14:50
Azərbaycanda 9 ayda 33 investisiya təşviqi sənədi verilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 33 sahibkarlıq subyektinə 33 investisiya təşviqi sənədi, 139 sahibkarlıq subyektinə isə 437 təsdiqedici sənəd verilib.

"Report" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, investisiya təşviqi sənədi təqdim edilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 170 milyon manata yaxın investisiya yatırılması, 1 500-ə qədər yeni iş yerinin açılması gözlənilir.

Təqdim edilmiş investisiya təşviqi sənədlərinin 63,7 %-i (21 investisiya təşviqi sənədi, 120,2 milyon manat investisiya) sənaye, 30,3%-i (10 investisiya təşviqi sənədi, 37,8 milyon manat investisiya) kənd təsərrüfatı, 3%-i (1 investisiya təşviqi sənədi, 5,2 milyon manat investisiya) turizm, 3%-i (1 investisiya təşviqi sənədi, 1,7 milyon manat investisiya) isə logistika sahəsini əhatə edir.

Son xəbərlər

Orphus sistemi