Bu il Ulyanovskdan Azərbaycan və Özbəkistana 156 ton süd məhsulu ixrac edilib

Biznes
  • 11 may, 2024
  • 08:31
Bu il Ulyanovskdan Azərbaycan və Özbəkistana 156 ton süd məhsulu ixrac edilib

Bu ilin yanvarından mayın 6-dək Rusiyanın Ulyanovsk vilayətindən Azərbaycan və Özbəkistana 156,5 ton quru süd tozu texnologiyasında istifadə etməklə hazırlanmış məhsul ixrac edilib.

“Report”un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətindən ("Rosselxoznadzor") bildirilib.

Məlumata görə, bu, ötən ilin analoji dövrü ilə müqayisədə təxminən 50 % çoxdur.

Xatırladaq ki, 2023-cü ilin analoji dövründə bu ölkələrə 105,3 ton süd məhsulları ixrac edilib.

Qeyd edək ki, bu ilin əvvəlindən mayın 6-dak “Rosselxoznadzor”un regional İdarəsi Ulyanovsk vilayətinin ərazisindən ixrac üçün göndərilən 8 partiya süd məhsuluna nəzarət edib.

44 filmi