Bakı. 23 yanvar. REPORT.AZ/ "Hacıqabul Sənaye Məhəlləsində tikinti-quraşdırma işləri başa çatdırılıb, Sabirabad Sənaye Məhəlləsində isə tikinti işləri davam etdirilir".
“Report”un məlumatına görə, bunu İqtisadiyyat Nazirliyinin geniş kollegiya iclasında nazir
Onun sözlərinə görə, 2018-ci ildə sənaye məhəllələrinin yaradılması prosesi davam etdirilib: “İlk sənaye məhəlləsi 2017-ci ildə Neftçalada istifadəyə verilib. Ötən il açılışı olmuş və kiçik və orta sahibkarlığın inkişafında əhəmiyyətli rolu olan Masallı Sənaye Məhəlləsində hazırda 10 müəssisə fəaliyyət göstərir. Sənaye Məhəlləsinə sahibkarlar tərəfindən 5,3 mln. manat investisiya yatırılıb və 200-dən çox iş yeri açılıb”.
Ş.Mustafayev bildirib ki, ümumilikdə, istifadəyə verilən 2 sənaye məhəlləsinə 50 mln. manatdan çox özəl investisiya yatırılıb, 700-dək iş yeri yaradılıb: “Digər 2 sənaye məhəlləsinin istifadə verilməsi ilə açılan iş yerlərinin sayı 1 800-ə çatacaq, 77 mln. manat özəl investisiya yatırılacaq”.
Nazir qeyd edib ki, Prezident
Ş.Mustafayev sənaye zonalarına yeni rezidentlərin cəlb olunması üçün təbliğat işlərinin, yeni sənaye parkları və məhəllələrinin yaradılması istiqamətində işlərin sürətləndirilməsi barədə Nazirliyin aidiyyəti strukturlarına müvafiq tapşırıqlar verib: “Ənənəvi sənaye sahələrindən olan xalçaçılığın inkişafı məqsədilə indiyədək 20 rayonda xalça fabriki açılıb. Bu il daha 11 xalça fabriki istifadəyə veriləcək. 5 yun və boyaq maddələrinin qəbulu məntəqəsinin tikintisi davam etdirilir və 2019-cu ildə fəaliyyətə başlayacaq. Sumqayıt Kimya Sənaye Parkında Yunəyirici Boyaq Fabrikinin tikintisi aparılır”.