​Bu il milyarderlərin sayı 7% artıb

​Bu il milyarderlərin sayı 7% artıb Dünyada olan zənginlərin heç biri tam ali təhsilə malik deyil
Biznes
18 Sentyabr , 2014 17:51
​Bu il milyarderlərin sayı 7% artıb

Bakı. 18 sentyabr. REPORT.AZ/ Bu il dünya milyarderlərinin siyahısına 155 nəfər yeni zənginin adı daxil olub və ümumilikdə onların sayı 7% artaraq 2 325-ə çatıb. “Report” xəbər verir ki, bununla bağlı “CNN Money” agentliyi araşdırma aparıb.

Araşdırmaya görə, dünya milyarderlərinin 12,3%-i və ya 286-sı qadındır.

Kişi cinsindən olan milyarderlərin 60%-i sərvətini özü toplayıb. Onlardan 27%-i isə sərvətinin bir qismini özü toplayıb. Qadınlarda bu rəqəm fərqlidir. Belə ki, zərif cinsin nümayəndələrinin yalnız 17%-i öz milyardlarını özü yığmağı bacarıb, 65%-dən çox qadın isə miras hesabına milyarder olub.

Agentlik qeyd edir ki, milyarderlərin əsasən 4 tipik ortaq cəhəti var. Onların sahib olduqları bəzi şəxsi şeylər var ki, hərəsinin ortalama qiyməti 23,5 mln. dollardır. Həmçinin, 35%-ə qədər milyarderin özünün şəxsi xeyriyyə fondu var. Hər 30 zəngindən birinin ya hansısa şəxsi idman klubu ya da şəxsi yarış atı var.

Dünyada olan zənginlərin heç biri tam ali təhsilə malik deyil, 35%-ə qədərinin isə heç bakalavr təhsili yoxdur. Onlardan 25-i Pensilvaniya Universitetini, 22-i Harvard Universitetini, 20-si isə Yel Universitetini bitirib. Araşdırmalara görə, milyarderlərin bitirdiyi universitetlərin TOP-20-də yer alan 16 universitet ABŞ-da yerləşir.

Adları siyahıya daxil edilən milyarderlərin təxminən 35%-ə qədəri 20 böyük şəhərdə yaşayır. Belə ki, təkcə Nyu-Yorkda 103, Moskvada 85, Honq-Konqda 82, Londonda 72 zəngin yaşayır.

Son xəbərlər

Orphus sistemi