Bu il əmlaka qoyulan sərmayə xeyli azalıb

Bu il əmlaka qoyulan sərmayə xeyli azalıb Bu ildə dünya üzrə daşınmaz əmlaka qoyulan sərmayə həcmi ilkin məlumata görə, 38 faiz azalaraq 670 milyard ABŞ dollarınadək geriləyib.
Biznes
281
3 Dekabr , 2020 14:25
Bu il əmlaka qoyulan sərmayə xeyli azalıb

Bu ildə dünya üzrə daşınmaz əmlaka qoyulan sərmayə həcmi ilkin məlumata görə, 38 faiz azalaraq 670 milyard ABŞ dollarınadək geriləyib.

“Report” xəbər verir ki, bu barədə CBRE məsləhətçi şirkətinin şöbə müdiri İrina Uşakova jurnalistlərə bildirib.

Onun sözlərinə görə, daşınmaz əmlaka sərmayə daha çox Şimali və Cənubi Amerikada – 43 faiz azalıb. Avropa, Yaxın Şərq və Afrika (EMEA), habelə Asiya – Pasifik regionlarında isə azalma 30 faiz təşkil edir.

Ekspertin fikrincə, likvidlik bolluğu ilə bağlı 2021-ci ildə daşınmaz əmlaka qoyulan sərmayələrin həcmi 50 faizə yaxın artaraq 1 trilyon dollara çatacaq.

Son xəbərlər

Orphus sistemi