Bu il Bakıda yerinə yetirilmiş inşaat işlərinin göstəriciləri açıqlanıb
- 07 noyabr, 2023
- 12:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Bakıda yerinə yetirilmiş ümumi inşaat işlərinin 90,7 %-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu ilin 9 ayında paytaxtın tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 82,8 %-ini tikinti, yenidənqurma və genişləndirmə, 5,5 %-ini əsaslı təmir, 7,1 %-ini cari təmir, 4,6 %-ini isə sair tikinti işləri təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 79,8 %-ini tikinti, yenidənqurma və genişləndirmə, 6,8 %-ini əsaslı təmir, 8,2 %-ini cari təmir, 5,2 %-ini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 88,4 %-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.