Bu ilin yanvar-iyul aylarında paytaxtın ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,5% azalaraq 11 mlrd 741,6 mln manat olub.
Bu barədə “Report” Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verir.
Bildirilir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə 2,5% artaraq 5 mlrd 682,5 mln manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,5% azalaraq 6 mlrd 059,1 mln manata bərabər olub.
İstehlak məhsullarının 30,6%-i hüquqi şəxs statuslu müəssisələrdə, 46,4%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 23%-i isə paytaxtın məhsul bazarlarında satılıb.