Azexport.az portalına bu il daxil olan ixrac sifarişlərin həcmi açıqlanıb

Biznes
  • 29 oktyabr, 2021
  • 08:59
Azexport.az portalına bu il daxil olan ixrac sifarişlərin həcmi açıqlanıb

2021-ci ilin yanvar-sentyabr aylarında Azexport.az portalına 367,6 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 9 ayında portal daxil olan ixrac sifarişləri dəyər baxımından 20,5 % azalıb.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın oktyabr buraxılışında bildirilir.

Hesabatda deyilir ki, 2021-ci ilin sentyabr ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 43,2 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni ayına nisbətən 30,9 % çoxdur. 2021-ci ilin sentyabr ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq, xurma, nar şirəsi, fındıq ləpəsi, un, meyvə cemi, kərə yağı, qızılgül, qənnadı məhsulları, tütün, mühərrik yağı və s. mallara daxil olub.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2021-ci ilin 30 sentyabr tarixinə kimi (57 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,59 milyard ABŞ dolları təşkil edib.

Son xəbərlər

Bütün Xəbər Lenti