Bu il azexport.az portalı vasitəsi ilə 284 mln dollarlıq məhsul sifariş edilib

Bu il azexport.az portalı vasitəsi ilə 284 mln dollarlıq məhsul sifariş edilib 2021-ci ilin yanvar-iyul aylarında Azexport.az portalına 283,6 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
Biznes
31 Avqust , 2021 13:39
Bu il azexport.az portalı vasitəsi ilə 284 mln dollarlıq məhsul sifariş edilib

2021-ci ilin yanvar-iyul aylarında Azexport.az portalına 283,6 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı” hesabatının avqust sayında qeyd edilib.

Hesabata görə, 2021-ci ilin iyul ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 47 milyon ABŞ dolları təşkil edib.

2021-ci ilin iyul ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq mahlıcı, toyuq əti, tütün, pambıq toxumu, noxud, meyvə tamlı süd, tikinti materialı, toyuq yumurtası, çay, şərab, nar şirəsi, bitki yağı, biyan kökü, şirniyyat, tibbi zəli və s. mallara daxil olub.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2021-ci ilin 31 iyul tarixinə kimi (55 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,5 milyard ABŞ dolları təşkil edib.

Son xəbərlər

Orphus sistemi