Bu il Azərbaycanın pomidor ixracı 5 %-ə yaxın artıb

Bu il Azərbaycanın pomidor ixracı 5 %-ə yaxın artıb Azərbaycan bu ilin yanvar-oktyabr aylarında xarici bazarlara 141 milyon 965 min ABŞ dolları dəyərində 118 min 922 ton pomidor ixrac olunub.
Biznes
7 Noyabr , 2024 11:16
Bu il Azərbaycanın pomidor ixracı 5 %-ə yaxın artıb

Azərbaycan bu ilin yanvar-oktyabr aylarında xarici bazarlara 141 milyon 965 min ABŞ dolları dəyərində 118 min 922 ton pomidor ixrac edib.

“Report” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bunlar ötən ilin eyni dövrü ilə müqayisədə 12,4 % və 4,8 % çoxdur.

Məlumata görə, kənd təsərrüfatı dövlət dəstəyinin genişləndirilməsi, ixrac qabiliyyəti yüksək olan məhsulların yetişdirilməsinə dəstək mexanizmləri müsbət nəticələrini verir:

“Azərbaycandan xarici bazarlara ixrac olunan kənd təsərrüfatı məhsulları sırasında istixana şəraitində yetişdirilmiş pomidor xüsusi çəkiyə malikdir. İstixana yetişdiriciliyinə marağın artması həm rəqabətədavamlı məhsul istehsalına, həm də xarici bazarlara daha çox məhsul ixrac etməyə imkan verir. Azərbaycanda istixana şəraitində yetişdirilən pomidor əsasən Rusiya bazarlarına ixrac olunur", - deyə məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi