Bu il Azərbaycanda "Milli ixrac strategiyası" təsdiqlənə bilər

Bu il Azərbaycanda "Milli ixrac strategiyası" təsdiqlənə bilər İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) bu il "Milli ixrac strategiyası"nın təsdiq edilməsini gözləyir.
Biznes
27 Yanvar , 2023 10:34
Bu il Azərbaycanda Milli ixrac strategiyası təsdiqlənə bilər

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) bu ilin 1-ci rübü ərzində "Milli ixrac strategiyası"nın təsdiq edilməsini gözləyir.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Milli İxracatçılar və İdxalçılar Forumunda Agentliyin icraçı direktorunun müşaviri Tural Hacılı bildirib.

"Strategiya yaxın 4 ili əhatə edəcək, Azərbaycan ixracına müsbət təsir göstərəcək. Dürüstləşmiş məlumatlara görə, ötən il Azərbaycanın qeyri-neft ixracının dəyəri 12 % artaraq 3 milyard ABŞ dollarını keçib. Belə artıma kənd təsərrüfatı məhsullarının emalı - emal sənayesi məhsullarının ixracı sayəsində nail olunub. Bu, bizim üçün böyük nailiyyətdir, müstəqillik tariximizdə qeydə alınmış ən yüksək göstəricidir", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi