Bu il Azərbaycan vətəndaşları Türkiyədə ev alışını 41 % azaldıb

Biznes
  • 16 iyun, 2023
  • 11:22
Bu il Azərbaycan vətəndaşları Türkiyədə ev alışını 41 % azaldıb

Bu ilin yanvar-may aylarında Azərbaycan vətəndaşları Türkiyədə 336 mənzil alıblar.

“Report”un Türkiyənin Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 235 mənzil və ya 41,2 % azdır. Buna baxmayaraq, Azərbaycan ötən ildəki kimi 9 yerdə qərarlaşıb.

Təkcə may ayında isə Azərbaycan vətəndaşları qardaş ölkədə 75 mənzil alıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 43 mənzil və ya 36,4 % azdır.

Bu ilin ilk 5 ayında Türkiyədə xarici vətəndaşlara 16 779, ötən ay isə 3 183 mənzil satılıb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 38 % və 47,2 % azdır.

Türkiyədə ən çox mənzil alanlar Rusiya vətəndaşları olub. Onlara bu il 5 723, may ayında isə 991 mənzil satılıb.

Növbəti yerdə İran vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay Türkiyədə 503, bu ilin 5 ayında isə 2 324 mənzil alıb.

İlk 3-lüyü İrak vətəndaşları tamamlayıb. Bu ölkənin vətəndaşları Türkiyədə mayda 118, 2023-cü ilin 5 ayında isə 809 mənzilə sahib olub.

Bu siyahıda dördüncü yerdə Ukrayna, beşinci yerdə isə Qazaxıstan vətəndaşları qərarlaşıb.

44 filmi