Bu il Azərbaycan vətəndaşları Türkiyədə ev alışını 39 % azaldıb

Biznes
  • 15 avqust, 2023
  • 07:53
Bu il Azərbaycan vətəndaşları Türkiyədə ev alışını 39 % azaldıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan vətəndaşları Türkiyədə 469 mənzil alıblar.

“Report”un Türkiyənin Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 298 mənzil və ya 38,9 % azdır.

Təkcə iyul ayında isə Azərbaycan vətəndaşları qardaş ölkədə 74 mənzil alıb ki, bu da 2022-ci ilin iyul ayının göstəriciləri ilə müqayisədə 9 mənzil və ya 13,8 % çoxdur.

7 ayı ərzində Türkiyədə xarici vətəndaşlara 22 246, ötən ay isə 2 816 mənzil satılıb. Bu, 1 il əvvələ nisbətən müvafiq olaraq 44 % və 29,1 % azdır.

Türkiyədə ən çox mənzil alanlar Rusiya vətəndaşları olub. Onlara yanvar-iyul aylarında 7 228, ötən ay isə 772 mənzil satılıb.

Növbəti yerdə İran vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay Türkiyədə 272, 7 ayda isə 2 929 mənzil alıb.

İlk 3-lüyü İraq vətəndaşları tamamlayıb. Bu ölkənin vətəndaşları Türkiyədə iyulda 204, yanvar-iyul aylarında isə 1 188 mənzilə sahib olub.

44 filmi