Bu il Azərbaycan vətəndaşları Türkiyədə ev alışını 30 %-dən çox azaldıb

Biznes
  • 17 aprel, 2023
  • 13:07
Bu il Azərbaycan vətəndaşları Türkiyədə ev alışını 30 %-dən çox azaldıb

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan vətəndaşları Türkiyədə 207 mənzil alıblar.

“Report”un Türkiyənin Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 90 mənzil və ya 30,3 % azdır.

Təkcə mart ayında Azərbaycan vətəndaşları qardaş ölkədə 69 mənzil alıb ki, bu da 2022-ci ilin eyni ayı ilə müqayisədə 46 mənzil və ya 40 % azdır.

I rübdə xarici vətəndaşlar Türkiyədə 11 025, ötən ayda isə 3 441 mənzil alıb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 23,9 % və 38,7 % azdır.

Bu ilin 3 ayında Türkiyədə ən çox mənzil alanlar Rusiya vətəndaşları olub. Onlara bu il 3 915, ötən ay isə 1 175 mənzil satılıb.

Növbəti yerdə İran vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay Türkiyədə 473, bu ilin 3 ayında isə 1 444 mənzil alıb.

İlk 3-lüyü İraq vətəndaşları tamamlayıb. Bu ölkənin vətəndaşları Türkiyədə martda 165, 2023-cü ilin 3 ayında isə 567 mənzilə sahib olub.