Bu il Azərbaycan vətəndaşları Türkiyədə ev alışını 3 % azaldıb

Biznes
  • 15 oktyabr, 2022
  • 11:44
Bu il Azərbaycan vətəndaşları Türkiyədə ev alışını 3 % azaldıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 988 mənzil alıblar.

“Report”un Türkiyənin Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32 mənzil və ya 3,14 % azdır.

Təkcə sentyabr ayında isə Azərbaycan vətəndaşları qardaş ölkədə isə 115 mənzil alıb ki, bu da 2021-ci ilin eyni ayı ilə müqayisədə 47 mənzil və ya 29,01 % azdır.

Bu ilin 9 ayı ərzində Türkiyədə xarici vətəndaşlara 50 173, ötən ay isə 5 104 mənzil satılıb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 32,2 % çox və 23,9 % azdır.

Sentyabrda Türkiyədə ən çox mənzil alanlar Rusiya vətəndaşları olub. Onlara ötən ay 1 196, yanvar-sentyabr aylarında isə 9 311 mənzil satılıb.

Növbəti yerdə İran vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay Türkiyədə 592, yanvar-sentyabr aylarında isə 6 540 mənzil alıb.

İlk 3-lüyü İraq vətəndaşları tamamlayıb. Bu ölkənin vətəndaşları Türkiyədə iyulda 433, ilk 9 ay ərzində isə 5 255 mənzilə sahib olub.