Bu il Azərbaycan vətəndaşları Türkiyədə 180-dən çox mənzil alıb
- 16 mart, 2022
- 06:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycan vətəndaşları Türkiyədə 182, təkcə fevral ayında isə 93 mənzil alıb.
"Report" qonşu ölkənin Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 25,5 % və 20,8 % çoxdur.
İki ay ərzində Türkiyədə xarici vətəndaşlara 8 873, ötən ay isə 4 639 mənzil satılıb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 55,5 % və 54,9 % çoxdur.
Fevralda Türkiyədə ən çox mənzil alanlar İran vətəndaşları olub. Onlara ötən ay 711, yanvar-fevral aylarında isə 1 472 mənzil satılıb.
Növbəti yerdə İraq vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay Türkiyədə 633, yanvar-fevral aylarında isə 1 146 mənzil alıb.
İlk 3-lüyü Rusiya vətəndaşları tamamlayıb. Bu ölkənin vətəndaşları Türkiyədə fevralda 509, yanvar-fevral aylarında isə 988 mənzilə sahib olub.