Bu il Azərbaycan Türkiyədən kimyəvi maddələrin tədarükünü azaldıb
- 07 may, 2022
- 07:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 151,035 milyon ABŞ dolları dəyərində kimyəvi maddələr və məhsulları idxal edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) statistik məlumatlarında qeyd olunub.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 % azdır.
Təkcə bu ilin aprel ayında isə Türkiyə Azərbaycana 46,683 milyon ABŞ dollarlıq kimyəvi maddələr və məhsulları ixrac edib ki, bu da, illik müqayisədə 1,7 % çoxdur.
Bu ilin ilk 4 ayında Türkiyənin ümumi kimyəvi maddələr və məhsulları ixracının dəyəri illik müqayisədə 44,7 % artaraq 10,817 milyard ABŞ dollarına, aprel ayında isə kimyəvi maddələr və məhsulları ixracının dəyəri 53 % artaraq 3,314 milyard ABŞ dollarına çatıb.