Bu il Azərbaycan Türkiyədən avtobus idxalını 5 dəfədən çox artırıb
- 23 aprel, 2022
- 10:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-mart aylarında Azərbaycan Türkiyədən 19,340 milyon ABŞ dolları dəyərində avtobus, mikroavtobus və minibus idxal edib.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 dəfə çoxdur.
Məlumata görə, bununla da Azərbaycan Türkiyədən avtobus, mikroavtobus və minibus idxal edən ölkələr sıralamasında 6-cı olub. Bu siyahıda ilk pillələrdə 54,638 milyon ABŞ dollarla Fransa (72 % çox), 23,39 milyon ABŞ dolarla İtaliya (14,9 % çox), 22,835 milyon ABŞ dollarla Almaniya (40 % az), 21,087 milyon ABŞ dollarla Böyük Britaniya (4,2 dəfə çox) və 19,638 milyon ABŞ dollarla Portuqaliya (124,3 dəfə çox) qərarlaşıb.
Hesabat dövründə Türkiyə 57 ölkəyə ümumilikdə 255,958 milyon ABŞ dollarlıq avtobus, mikroavtobus və minibus ixrac edib. Bu da, 2021-ci ilin I rübü ilə müqayisədə 20,8 % çoxdur.