Azərbaycan I rübdə Gürcüstan iqtisadiyyatına 137 mln. dollar yatırıb

Azərbaycan I rübdə Gürcüstan iqtisadiyyatına 137 mln. dollar yatırıb İlk üçlükdə Azərbaycan, Türkiyə və Böyük Birtaniya qərarlaşıb
Biznes
113
9 İyun , 2016 13:39
Azərbaycan I rübdə Gürcüstan iqtisadiyyatına 137 mln. dollar yatırıb

Bakı. 9 iyun. REPORT.AZ/ Bu ilin birinci rübündə Azərbaycan Gürcüstan iqtisadiyyatına 137 mln. ABŞ dolları həcmində birbaşa xarici investisiya (FDI) yatırıb. “Report” xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Ofisi məlumat yayıb.

Qurumun məlumatına görə, bu, ötən rüb qonşu ölkənin iqtisadiyyatına yatırılan investisiyanın 36%-nə bərabərdir.

Statistika idarəsinin məlumatında qeyd edilir ki, Azərbaycandan sonra ilk üçlükdə 57 mln. dollarla (15%) Türkiyə, 44 mln. dollarla (12%) Böyük Birtaniya qərarlaşıb.

Qeyd edək ki, Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı birbaşa investisiyanın həcmi 2015-ci ilin ilk rübü ilə müqayisədə 78 mln. dollar yaxud 2,3 dəfə çoxdur.

Qurum qeyd edir ki, ölkə iqtisadiyyatına yatırılan xarici sərmayənin (376,4 mln. dollar) əsas hissəsi (53%və ya 200 mln. dollar) nəqliyyat və rabitə sektoruna yönəldilib.

Son xəbərlər

Orphus sistemi