Bu il Azərbaycan Cənub-Şərqi Anadoludan 50 milyon dollarlıq mal idxal edib

Biznes
  • 09 sentyabr, 2023
  • 07:38
Bu il Azərbaycan Cənub-Şərqi Anadoludan 50 milyon dollarlıq mal idxal edib

Bu il yanvar-avqust aylarında Azərbaycan (Naxçıvan MR) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 50,199 milyon ABŞ dolları dəyərində mal idxal edib.

“Report” bu barədə Cənub-Şərqi Anadolu Taxıl, Paxlalılar, Yağlı Toxumlar və Emal Məhsulları İxracatçıları Birliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 10,7 % çoxdur.

Hesabat dövründə bölgədən ümumilikdə 7 milyard 522 milyon 378 min dollarlıq məhsul ixrac edilib ki, bu da illik müqayisədə 5 % azdır.

8 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən böyük ixrac Yaxın Şərq ölkələrinə (2 milyard 953 milyon 226 min ABŞ dolları; 8 % az) həyata keçirilib. Onu Avropa İttifaqı ölkələri (1 milyard 403,320 milyon ABŞ dolları; 4% çox) və Afrika ölkələri (1 milyard 038 milyon 131 min ABŞ dolları; 15 % az) izləyib.