Sahib Ələkbərov: "Bu il 103 mindən çox yeni vergi ödəyicisi dövlət qeydiyyatına alınıb"

Sahib Ələkbərov: "Bu il 103 mindən çox yeni vergi ödəyicisi dövlət qeydiyyatına alınıb" Bu ilin yanvar-noyabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə proqnozdan 415 milyon manat artıq vəsait daxil edilib.
Biznes
27 Dekabr , 2019 15:37
Sahib Ələkbərov: Bu il 103 mindən çox yeni vergi ödəyicisi dövlət qeydiyyatına alınıb

Bu ilin yanvar-noyabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə proqnozdan 415 milyon manat artıq vəsait daxil edilib.

"Report"un məlumatına görə, bu barədə nazir müavini Sahib Ələkbərov məlumat verib.

Onun sözlərinə görə, 11 ay ərzində vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 518 milyon manat çox olub.

“2019-cu ildə 103 mindən çox yeni vergi ödəyicisi dövlət qeydiyyatına alınıb. Ümumilikdə, vergi ödəyicilərinin sayı 1,055 milyon nəfər təşkil edib”, - nazir müavini qeyd edib.

S.Ələkbərov onu da bildirib ki, son 4 ayda kənd təsərrüfatı sahəsində uçotaalınma ilə bağlı da xeyli irəliləyiş olub: “Bu müddətdə 75 minə yaxın vergi ödəyicisi uçota alınıb. Bu da nəticə etibarilə vergi daxilolmalarının artmasına təsir göstərəcək”.

Son xəbərlər

Orphus sistemi