Britaniyanın ixracat naziri Azərbaycanla iqtisadi əlaqələrinin dərinləşməsini gözləyir

Britaniyanın ixracat naziri Azərbaycanla iqtisadi əlaqələrinin dərinləşməsini gözləyir Bu gün Bakıda Azərbaycan və Böyük Britaniya hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 4-cü iclası keçiriləcək
Biznes
20 May , 2021 12:15
Britaniyanın ixracat naziri Azərbaycanla iqtisadi əlaqələrinin dərinləşməsini gözləyir
Qraham Stuart

“Sabahın xeyir, Bakı! Azərbaycana çatdım, ticarət və iqtisadi əlaqələrimizin dərinləşməsini gözləyirik”.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dövlət Katibinin Parlament nümayəndəsi, ixracat naziri Qraham Stuart tvitterdəki paylaşımında qeyd edib.

Onun sözlərinə görə, bu gün Bakıda Azərbaycan və Böyük Britaniya hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 4-cü iclası keçiriləcək.

Məlumata görə, iclasda Hökumətlərarası Komissiyanın 3-cü iclasından sonrakı dövrdə görülmüş işlər, Azərbaycan və Böyük Britaniya arasında energetika, bərpa olunan enerji və enerji səmərəliliyi, iqtisadiyyat, kənd təsərrüfatı, nəqliyyat, rabitə, ətraf mühit, təhsil, səhiyyə, turizm, mədəniyyət və digər sahələrdə mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi imkanları müzakirə ediləcək.

Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən energetika naziri Pərviz Şahbazov, Böyük Bitaniya tərəfdən isə Dövlət Katibinin Parlament nümayəndəsi, ixracat naziri Qraham Stuartdır.

Son xəbərlər

Orphus sistemi